تبليغاتX
جولفا فداییلری - Güneydə tələbə hərəkatına qarşı təqiblərin dalğası böyüyür

شنبه سی ام شهریور 1387

Güneydə tələbə hərəkatına qarşı təqiblərin dalğası böyüyür

 Güneydə tələbə hərəkatına qarşı təqiblərin dalğası böyüyür
 

Güneydə tələbə hərəkatına qarşı təqiblərin dalğası böyüyür
Güneydə tələbə hərəkatına qarşı təqiblərin dalğası böyüyür
   
   Yola salmaqda olduğumuz həftə ərzində Güney Azərbaycanda milli hərəkatçılara qarşı təqiblər davam edib. Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) Bakı bürosunun rəhbəri Ağrı Qaradağlının dünən "Alma"ya verdiyi məlumata görə, rejim qüvvələri təqiblərin ünvanını dəyişib: "Artıq iki aydan yuxarıdır ki, ayrı-ayrı şəhərlərdə tələbə hərəkatının fəalları təqib olunurlar. Təbrizdə evlərinə basqın edilərək yaxalanmış 5 ayrı-ayrı tələbə hərəkatının fəallarından Eltun Hatəmi, Səccad Zahidmehir, Fərac Zöhtab, Aydın Xateyi və başqaları hələ həbsdədirlər. Onların həbsindən sonra digər şəhərlərdə də tələbə hərəkatlarının fəallarına qarşı təqiblər geniş vüsət almağa başladı. Milli hərəkatçılar 50 günə yaxındır ki, həbs olunsalar da, onların taleyi ilə bağlı hər hansı məlumat əldə etmək mümkün deyil. Təqiblərin davamı və kulminasiya nöqtəsi kimi Tehranda milli hərəkatçıların həbs olunmasını göstərmək olar. Xatırladıram ki, Tehrandakı milli hərəkatçılar Abbas Lisaninin ailəsini iftar süfrəsinə dəvət etmişdilər. İftar süfrəsində iştirak edən 20 nəfərin hamısı rejim qüvvələri tərəfindən həbs olunmuşdu. Düzdür, bir gün sonra Abbas bəyin həyat yoldaşını və övladlarını azdlığa buraxdılar. Həbs olunanlar içərisində tanınmış şair və yazıçılar da var idi. Həbs müddətindən bir həftəyə yaxın vaxt keçməsinə baxmayaraq, rejim qüvvələri hələ də 17 nəfəri nəzarət altında saxlayırlar. Onların da taleyi ilə bağlı məlumat əldə edə bilməmişik. Təkcə onu öyrənə bilmişik ki, həbs olunanlar ETTELAAT zindanında saxlanılırlar". 









نوشته شده توسط ALPƏR در 12:17 |  لینک ثابت   •