جمعه بیست و نهم شهریور 1387
GAMOHda bohranlarin sebebleri
Qacarli Ağməmməd
Güney Azərbaycanın azadlığı uğrunda mubarizə aparan GAMOH təşkilatı , milli hədəflərimiz doğrultusunda böyük uğurlar əldə etmiş bir təşkilatdır.
GAMOH bu uğurların yanı sıra , birçoxlarının baxışıilə ardı kəsilməz bohranlarada uğramışdır və hələdə uğramaqdadır. İran İslam şovonist hakimiyyəti, milli fəallarımız və GAMOHun öz üyələrinin baxışilə bohran adlanan anların bəlkə çoxunluğu bohran yönətimi baxımından özlüyündə bohran özəlliyi daşımır.
Ancaq bir olayın və bir anın özlüyundə bohran olmasile , onun bohran olaraq alqılanmasının sonucları oxşar olduğuna görə GAMOHun uğradığı ağır günlər, çözülməsi gərəkən böyük sorunlar və həzinəsi yuxarı olan böyük darbələri(zərbə) bu baxışla bohran adlandırsaq , yanılmarıq.
Həmin sorunların çoxunu adi çəkiləo quruplar bohran olaraq görmüşlər.
Bohran adlandırdıqları olay və səbəblərınə gəldikdə isə , adi çəkilən qurupların bir sıraları , GAMOHun qarşılaşdığı bohranları , Fars molla rejiminin siyasətlərinin birbaşa sonucu olaraq dəyərləndirirlər. Başqaları qonşu və böyük devlətlərin GAMOHa qarşı mənfı siyasətlərinə bağlayırlar və ya GAMOHun özünün zəif olmasınada bu bohranları bağlayanlar var. Bu varyantların hansının nəqədər etgili olduğu biryana, daha geniş baxdıqda bu bohranların sayca çox olmasının əsas nədənlərin tapmaq lazımdır.
Nədən Fars molla rejimi qonşu devlətlər və birsıra millətçilər belə , GAMOHu bohrana düşürməyə can atırlar? Nədən GAMOH ardıcıl bohrana uğrayır? GAMOHda yaranan bohranlarda birinci dərəcəli etkənlər nədir?
Birinci dərəcəli etkən dedikdə vurqulanan amillər ikinci dərəcəli amillər sayılmaqdadır. GAMOHda birsıra özəlliklər var ki həmin ikinci dərəcəli amillər onu bohrana sarı yönətmək istəyir. Bu amilləri vurqulamaq ona görə önəmlidirki , milli qurtuluş savaşımızda GAMOH qonumunda olan hər bir təşkilatda görünə bilər. Həmin amilləri tanımaq , gələcək bohranları ən azından doğal saymağımızda yardımcı olacaq. Xoş görülükdə isə o amilləri tanımaqla bohranları yönətməkdə uğurlu olacayıq.
Birdaha özətləmə yapsaq belə bir soruya cavab tapmalıyıq:
GAMOHun qonumuna, özəlliklərinə və siyasətlərinə baxdıqda onu ardıcıl bohranlarla üzləşdirən amillər nədir?
GAMOHun qonumu, özəllikləri , siyasətləri və bohranlar:
1- GAMOHun qonumu, özəllikləri , siyasətləri , güc görüntüsü və gərçəklik:
Milli hərəkətimizdə ən öndə gedən və ən güclü təşkilat GAMOH olsada, hərəkətimizde, içəridə və dışarıda sözün öz anlamında təkcə təşkilat özəlliyi daşıyan və təşkilat gücünü özündə daşıyan örgüt GAMOH olsada, hərəkətdə təşkilatı gücləndirəbiləcək bütün amillərə yiyələnən örgüt GAMOH olsada , güclü və karizmatik lider və fədakar və savadlı üyələrə GAMOH yiyələnsədə , ... dünya çapında başqa millətlərin milli – siyasi- nizami təşkilatlarına baxdıqda GAMOH çox zəif təşkilatdır. Acı gərçək budur ki hərəkətimizin ən güclü təşkilatı sayılan GAMOHun gərçək gücü göründüyündən qat-qat azdır. GAMOHun gərçək gücüilə göstərdiyi güc arasında fərq var. Bundan acisida budur kı vurquladığımız kimi milli hərəkətimizdə olan başqa təşkilatlarımızın gücü lap acınacaqlı durumdadır. Onlarında gərçək güclərı göründüyündən qat-qat aşağadır. GAMOHun özünü güclü göstərməsi (başqa quruplarda elədir) hərəkətimizin yaranma nədəninə, millətimizin pesxolojiyasına və bugünkü durumuna , siyasi mubarizənin qurallarına və ... qayidır.
Fars şovonizmi 80 ildən artıqdır ki millətimizi alçatmaqdadır. Təhqir olunmuş bir millətə yenidən mubarizə ruhu aşılamaq zəiflərin əlindən gələnməz. Mubarizəyə qalxan bir millət, önündö güclü lider, güclü təşkilat, güclü qəhramanlar görmək istəyir. Millət olaraq özünü zəif görən bir ulusun, güc savaşına girməsi üçün onda zəiflik pesxolojisini öldürmək lazım, onun keçmişdə güclü olduğun vurqulamaq lazımdır. Habelə pesxolojik savaş ilkələrinə dayanaraq öz tərəfi güclü , düşmən tərəfi gücsüz göstərmək gərəkli işlərdən sayıllır.
Üstəlik "fars şovonizmi başqa müstəbid hakimiyyətlər kimi sonunda yalnız hesablaşacaq " düşüncəsi , güclü olmaq və güclü görünməyi millətçilər arasında bir genəl istəyə çevirmişdir. Millətçi şəxslər və quruplarımızın davranışlarına , yazılarına və danışıqlarına baxsaq bunu çox qolaylıqla görmək olar.
GAMOH həmin gərəksinimlərə (ihtiyaclar) görə güclü olmaq və güclü görünməyi pılanlarında yerləşdirib. bunun çox olumlu qazancları olsada , olumsuz etgiləridə qaçılmaz olmuşdur. Güclü olmaq və güclü görünmək GAMOHa həm içəridə və həm diplomatik alanda uğurlar gətirmişdir. Bu uğurlar millətimizin gələcəyi üçün vazkeçilməzidir. Ancaq güclü görünən GAMOH təşkilatını millətimizin qurtuluşun istəməyənlərdə görürdü.
Başda Fars molla rejimi , qarşısında olan ən böyük milli güc sayılan Azərbaycan hərəkətini yıxmaq üçün onun ən güclü təşkilatı və liderini yıxmağı ön pılana keçirmişdir.
GAMOH və milli lider Fars molla rejiminin və millətimizin qurtuluşunu istəməyən başqalarının saldırılarına uğramışdır. Bu saldırılara sinə gərən GAMOH ən ağır həzinələrə qatlaşmışdır. Fars rejiminin içəridəki sərt siyasətləri GAMOHa ağır zərbələr vursada, onu daha artıq cəsarətləndirmişdir. Ancaq Fars rejiminin yumuşaq siyasətləri sonucu ardıcıl bohranlarla qarşılaşmışdır. İran İslam Cumhuriyyəti hakimiyyəti GAMOHda bohran yaratmaq və onu yıxmaq üçün bütün araclardan , millətçi silahdaşlarımızdan bele istifadə etmişdir.
GAMOH göründüyü qədər güclü dəyildir. Həmin gücsüzlük sonucu yumuşaq siyasətlər önündə bohranlara düşmüş və bu günə qədər bohranları çox çətinliklə aşmışdır. GAMOHun dışarıda uğradığı ıtgilər bu bohranların bir başa sonucudur.
Diktator Fars molla hakimiyyəti başqa diktator ideolojik hakimiyyətlər kimi ayaqda durmaq üçün düşmənə ihtiyacı var, ancaq bu düşmən zəif düşmən olmalıdır. Zəif düşmənin ayaqda saxlamaq və güclü düşməni çökürtmək ilkin siyasi oyun qaydalarındandır.
Bütöv Azərbaycan idiyasina düşmən olanlar və ya onu öz qazanclarına görməyənlər bu idiyaya xidmət eden güclü təşkilatlarımızı dağıdır və bu ədəbiyyati daşıyan zəif təşkilatlar yaradır. Xalq cəbhəsi və DAK kimi təşkilatların acinacaqli durumu buna gözəl örnəkdir. Xalq cəbhəsindən ayrilan cırtdan təşkilatların bu idiyaya qarşı olanlara heç təhlükəsi yoxdur. Dörd yere bölünən DAK təşkilatı isə habelə.
GAMOH içəridə hələlik öz birliyin və gücün qoruyub, ancaq dəyərli silahdaşlarımız bilməlidir ki , bohranlar, saldırılar, təxribatlar, tutuqlamalar və şayiələrin ardı kəsilməyəcək.
Gücsüzüksə , mubarizə gərəklidirsə, bohran qaçılmazdır. biz mubarizə meydanındayıq və bu meydanda mubarizə ederək güclənməyə məhkumuq.
2) devrimcil(inqilabi) mubarizə yöntəmi və gərçəklik
Milli idolojimizə, bütövlük idiyamıza baxdıqda, milli məfkürəmizin devrimcil olduğunu duymaq çətin dəyil. Rus və Fars əsarəti altından qurtarmaq , Bütöv Azərbaycan yaratmaq , düşüncədə və bölgənin jeopolotik qonumunda elə böyük dəyişiklik istəyir ki onu islahatile yozmaq çətindir.
Bütöv Azırbaycan idiyasının bir aşamasının gərçəkləşməsi bu iddiaya subutdur. Azərbaycanin quzeyinin bağımsız olması və Rus əsarətindən qurtarması şurəvinin dağılmasilə bərabər oldu. Şurəvinin dağılması isə həm siyasi baxımdan həm jeopolotik baxımdan böyük devrim sayılırdı. Güney Azərbaycanin bağımsızlığıda böyük devrimlə baş tutacaq.
Milli huququmuzun əldə edilməsi birsıralarının baxışıca evrimsəl(tədrici) olmalıdır. Ancaq həmin şəxslər Fars şovonizm hakimiyyətindən neçe ildən sonra ilkin huququmuzu bele alabilməyiblər. Onagörədə GAMOH və milli lider Çöhrəqanli huququmuzun hamısın istəyib. "biz namusumuzu istəyirik, onlar paltarından , saçından bir tikə qopardıb vermək istəyirlər" diyən Çohrəqanli hələ Fars caynağı altında olan təbrizdə radikal olduğun göstərmişdir. Istəklərimizi və huququmuzu təməlli əldə etməyı düşünmüşdü və bu istəklər ölkədə və bölgədə böyük devrim tələb edir. Dünyada baş verən bütün devrimlərdə , radikallar öndə getmiş, ağır həzinələr (ödənclər) odəmişlər.
Istəkləri inqilabi olan və ən ilkin huququ vermək istəməyən teolojik- mustəbid hakimiyyət ilə mubarizə aparan bir hərəkət islahatçı olabilməzdı. Devrimcil mubarizə metodu isə bildiyimiz kimi çevrəmizdə olan gərçəkliklərlə uyğun dəyil.
Bir tərəfdən ölkənin genəl quşullari hələ devrim quşulu səviyyəsinə gelib çatmayıbdır, Lenin dediyi kimi devrimin maddi şərayiti hələlik hazır dəyil, başqa yöndən millətçilər arasında hələlik mubarizə ruhu kamilləşməyib.
"biz gərək musiqimizi, dilimizi tanıtdıraq" , "biz gərək mədəni hərəkət edək" , "biz gərək düşmənə bəhanə verməyək" və ... bu kimi şuarları nəsihət kimi bir çox millətçilərdən eşitmək olar.
21Azər ağırlama törəni, Səttarxan ağırlama törəni, Xocalı faciəsi il dönümü, ana dili günü, Xurdad had isəsinin il dönümü və 1384den bele Babək qalası qurultayına yığılan millətçilərin sayı göstərir ki , milli hərəkətimiz içində millətçilərin neçe fayizi inqilabi hərəkətlərə hazırdırlar və ... .
Belə hərəkətlərin həzinəsi yuxarə olduğuna və təşkilata bağli olmağın həzinəsi qat-qat artıq olduğuna içəridə GAMOHa üyə olanların sayı istənilən qədər dəyil üyə olanlarise üyəliklərin gizlətməlidirlər. Yoxsa üyəliliyin millətçilər vərindən bilinməsidə İttilaatin bilməyi qədər həzinəlidir.
Amerikadan yayinlanan bir TV aparıcısının satqınca açıqlamasından sonra öyrəncilərimizin verdiyi həzinədən dərs almalıyıq. Millətçilik iddiasında olan hərkəsə güvənmək olmaz.
Devrimcil hərəkətimizə dış çevrəmizində hələlik razılığı yoxdur. Ona görə yaxın və uzaq dış çevrəmizdən GAMOHa qarşi çabalara tanıq (şahid) olduq. Bu çabalar isə GAMOHun qarşısında manelər törətməkdədir. Həmin maneləri aşmaq anları bir çoxlarının fikrincə bohran sayılır. Özətcəsi GAMOH devrimcil siyasətlə hərəkət etdiyinə , içəridə ağır həzinələr verməkdədir və dışarıda böyük manelərlə qarşı – qarşıyadır. Ağır həzinələrdən qaçmaq və dış dünyada manelərə tuş gəlməmək GAMOHun istəyidir ancaq bu istəklərə çatmaq , əsas istəyimiz olan milli qurtuluşumuz və milli bütövlüyümüzdən vaz keçməklə mümkündür, bu isə GAMOHun var olması ile çəlişkidədir.
GAMOH öndə gedən bir bayraqçıdır, qonaqlığa yox, mubarizəyə gedir. 1382-inci ildə Babək qalasında milli bayrağımız dalğalanan zaman çoxları " bu istiqlalçılıq nişanəsidir" diyə GAMOHchuları radikal və aşırı adlandırırdılar. Indi həmin millətçilər bayrağın nə olduğunu düşünüblər və bu böyük uğur sayılır.
3) Dr. Çöhrəqanlının milli lider olmasilə yanaşı siyasi lider olması :
Dr. çöhrəqanli təbrizdə olarkən öz fədakarlığı, qorxmazlığı , cəsarəti, inanci, dönməzliyi və öncüllüyü ilə milli lider səviyyəsinə ucalmışdır. Həmin illərdə ideolojik açıdan millətçı olmayan, ancaq hərəkətin içində görünən insanlardan başqa, millətçilərin böyük çoxunluğu Çöhrəqanlının arxasindaıdır. Təbrizdə ev dustaği olarkən milli liderin danişiqları bütün şəhərlərimizdə el-ele gəzirdi. Öyrənci dərgilərində, törənlərdə onun bir lider olaraq ya savı oxunur , yaşasın çöhrəqanlə şuarı verilir , və ya ən azından balaca oturumlarda onu gördüyü işlərə görə danışılırdı.
Həmin illərdə Çöhrəqanlının danışaqları seviıirdi, buna görə ki Dr. Çöhrəqanlı heç bir siyasi məsləhəti gözləmədən millətimizin üsyan səsi olmuşdur. Millətimizin əsas istəklərin qorxmadan, çəkinmədən, heç bir məsləhəti gözə almadan haykırırdı. onun gürültülü səsile minlər gənc milli hərəkətə qoşulmuşdur. Hər tərəfdən kontrolda olan milli liderin üsyankar ruhun və coşdurucu dilin kontrol eləmək mümkün dəyildı.
Içəridə yalnız millətə güvənən Çöhrəqanlı dış dünyasına çıxır və yeni gərçəklərlə tanış olur. Milli qurtuluşumuza gərəkən başqa amillərin rolun alqılayır. Maneləri görür və get-gede milli lider, siyasi təmsilçi kimi rol daşımaq məcburiyyətində qalir. Siyasi-milli lider Çöhrəqanlınin görüşlərı və danışıqları keçmişdən fərqlı olur. Millətin əsas istəklərin dilə gətirməkdənsə həmin istəklərin yolun açmağı öndə tutur. Millətin qurur simgəsi olan Çöhrəqanlı millətin mənafei uğrunda qururun ayaqlayır. Sevgisini-nəfrətini söndürmək məcburiyyətində olur. Bu olayı bir sıraları bilərək və bir sıraları bilməyərək başa düşmürlər. Çöhrəqanlıya qarşı intiqadlar başlayır. Təxribatlar bu dönə düşmən dəyil, dost tərəfindən yağdırılır.
Sadə dildə millətin arzuların dilə gətirən, umud və arzu yaradan milli liderlik və gərçəklikləri gözə alaraq, siyasi məsləhətlər içində siyasi liderlik , çəlişkilərə nədən olur. Həmin çəlişkilər GAMOHda sorunlar yaradır. Bunlar əslində siyasət dünyasında doğal olsada , hələ tamamilə siyasiləşməyən milli hərəkətimizdə bir sıraları vərindən anlaşılmır. Günümüzdə ölkələrin öz qazancları əsasında siyasi tutumları olaydan olaya dəyişə bildiyi halda , GAMOH və onun lideri "kişi sözüymüş" diyə dəyişməyə haqqı yoxmuş sankı.
Hərəkətimiz siyasi hərəkət olduğuna siyasət meydanının quralları içində hərəkət etməlidir.
Siyasi bilginlərimiz və genəllikdə millətimiz siyasi çıxışların nə olduğunu bilirlər. Sadəcə az sayda dostlarımız ya siyasi çıxışın nə olduğun bilmir ya bilmək istəmir.
Özətcəsi GAMOH və milli liderimizin siyasi çıxışları bu təşkilatı bəzən idealist millətçilər vərindən eləşdirməyə məruz qoymuşdur və GAMOHu həmin siyasi çıxış haqda açıqlama verməyə məcbur etmişdir.
Belə sorunların çözülməsı uzun sürədə qolaydır. Uzun sürədə gərçəklərin çoxu üzə çıxır ancaq qissa sürədə bu sorunları çözmək GAMOHçu silahdaşlarımızda bohran özəllikli duyğular yaradır.
əlbəttə vurğulandığı kimi Dr. Çöhrəqanlı milli-siyasi liderimizdirş milli lider öz millətinə gəldikdə siyasi oyunlardan uzaq, siyasi məsləhətlərdən uzaq , sadə dildə gərçəklərı danışmalıdır. Quzey Azərbaycan və Türkiyə millətini öz sayan milli liderimiz bu ölkələrin siyasi hərəkətlərinə görə , bir siyasətçi kimi dəyil, bir milli lider kimi, bir millətçi kimi təpkı göstərir. milli məfkürəmiz əsasında özümüzü Quzey Azərbaycanla vahid millət saydığımız halda , Quzey Azərbaycan hakimiyyətinin milli baximdan yalniş hərəkətlərinə , diplomatik jest tutub, göz yummayan liderimiz bu haqdada eləşdirilərə məruz qalmışdır. Bu qonu təkcə eləşdiri səviyyəsində qalmamış , GAMOHu çökürtmə çabalari ilədə uğraşdırmışdır. Quzey Azərbaycan bəşər haqları qonusunda İranı , Ermənistanla Bəngladeşlə bərabər dəstəkləməsindən sonra , yalnız milli lider Çöhrəqanlı tərəfindən sərt çıxışlar gəldı. Həmin çıxışlardan sonra GAMOHun dış qolunda böyük sorun yarandi. Milli lider və GAMOH ya milli məfkürəmmizdən daşınmali və Quzey Azərbaycana özgə kimi baxmalıdır yada quzeyı öz sanaraq siyasi məsələlərə qarışmadan milli məsələlərimizdə sakıt qalmamalıdır. Qarabağ qonusu təkcə Quzey Azərbaycanın bugünkü iqtidarının sorunu dəyil. Qarabağ həm quzeydəki muxalifətin həmdə güney hərəkətinin sorunudur. Guney Azərbaycan məsəlsidə milli məfkurəmizə görə Quzey Azərbaycanında sorunudur. Yabancı ölkələr və millətlərə gəldikdə milli liderimizin siyasi çıxışları və ara sıra tutum dəyişməsi onlar tərəfindən doğal görünür. Sadəcə bizim bir sıra idealist dostlarımız və ya idealist jestı tutanlar yabanci devletler terefindən milli lideri "sözün dəyişməməlidir" diyə məhküm edirlər. Bu isə tarixin gülünc olaylarındandır.
4) iqtidardan qaçış
Pesixologların baxışıyla insan davranışlarının əsas nədəni gərəksinimlər(ihtiyaclar)dır. Bu gərəksinimlərin çoxu insan oğluna doğadan(təbiətdən) gəlsədə , bir sırası eyitim və dənəyimlərdən(təcrubələrdən), habelə insanın yaşadığı mühitdən qaynaqlanır.
İran mühitində yaşayan insanlar illərdir diktator rejimlərin , müstəbid hakimiyyətlərin qanun adına , din adına millətlərə zülmünü dadırlar. Genəldə millətimizin çoxunluğunda, özəlliklə azadlıq sever insanlarda iqtidara qarşı, qanuna, düzənə, disiplinə, burukrasi və ... yə qarşı dirəniş yaranıb. Qanun , disiplin, burukrasi, din və ... adına oqədər zülm olub və millətin haqqı ayaqlanıb ki , iqtidarla, qanunla bərabər zülm və diktatorluqda insanın beynində canlanır.
Adi sürücülük qaydaları hamı üçün faydalı olsada , qanun sayıldığına, polis və iqtidar ayağı görüldüyünə hamı ona qarşı dirənir. Baxmayaraq ki yol qaydasın pozanlar hamıya təhlükəlidirlər.
Iqtidara qarşı dirəniş və iqtidardan qaçış özəlliklə azadləq sever insanlarda və millətçilərdə daha artıq görünməkdədir. Hakimiyyətdə olmaq, iqtidarla olmaq, zalimlərlə, diktatorlarla bir sırada olmaq anlamındadır. Bu iqtidardan qaçış pesxolojisində Güney Azərbaycan Milli Oyanış Hərəkatına (GAMOHa) gəldikdə , GAMOHun əldə etdiyi uğurlar , götürdüyü addımlar , içəridə və uluslararası alandakı qonumu , gələcək Azərbaycanda indidən iqtidar kimi gorünməsinə nədən olmuşdur.
Eləşdirici millətçilərin yazılarına və danışıqlarına özən (diqqət) göstərdikdə bunu açıqca görmək olar. "hərəkətin iqtidar partiyası" , "inhisarçılar, diktatorlar, ... " kimi deyimləri GAMOHa yapışdıranların baxışları, onların GAMOHa görə inancların göstərir.
GAMOHu gələcəyin iqtidari görən millətçi , "iqtidardan qaçış pesxolojisi əsasında GAMOHa qarşı dirənir. GAMOHun atdığı atdımlar milli hərəkətimizin qazancına olsa bele , qarşısında dirənən və inad eden bir sıra millətçilərin hərəkəti bu baxışla doğaldır.
Ancaq çox yaxşı olar ki millətçı arxadaşlarımız öz davranışlarında azad və müstəqil hərəkət etsinlər. GAMOH isə milli qazancımıza olan qərarlardan "intiqad olunar diyə" , "inhisarçı,diktator" deyirlər diyə çəkinməməlidir.
Örnəyi milli bayraq qonusunda GAMOHu eləşdirənlərin birsırası "bizimlə məsləhətləşməyiblər" diyərək GAMOHu diktator adlandirirlar və ya UNPOya GAMOH millətimizi üyələndirdiyinə görə , UNPOnun önəmini düşürmək istəyirlər. Bunların qarşısında GAMOH təslim olmamalıdır.
GAMOHu gələcəyin iqtidarı görən silahdaşlarımızın butür davranışları bu nəslimiz varkən həmişə olacaq. GAMOH isə Azərbaycan millətinin iqtidara gəlməsini düşünür.
GAMOHun müstəqilliyi və maraqli ölkələrin istəkləri:
Soyuq savaş dönəmi yaranan milli hərəkətlərin çoxu birtürlü iki böyük supergücün birinə bağlı olub. Həmin bağlılıq təkrar olduğuna görə sankı adətə çevrilib.
GAMOHun başçısı və milli lider Çöhrəqanlinin bütün görüşlərində ən qabarıq özəllik müstəqilliyimizi qoruyub saxlamaq olubdur.
Azərbaycan demokrat firqəsinin və pişəvərinin rəhbərliyində millətimizin başına gələn bəladan ibrət alan GAMOH, bugünə qədər millətimizin taleini hansısa ölkənin əlinə buraxmayıb. Öz və qardaş saydığımız Azərbaycan və Tütküyə devlətlərinin belə , məsələlərimizə birbaşa qarışmasına izin verməyən milli liderimiz , bu siyasətin həzinələrilə doğal olaraq qarşılaşacaqdır. Ən ağır durumlarda belə bütün çətinliklərə dözərək , hansısa ölkənin və ya şəxsin minnəti altına getməyən təşkilat , sorunlar yaşamağa məhkumdur. Bu ağır günlərin şirinliyi millətimizin yanında anlı açıq olmağımızdır.
Hərəkəti kontrol altina almaq istəyən ölkə və şəxslər isə bugün bu dönməzliyi və istiqlalı qəbul etməlı olacaqlar.
Yetirgəndən (rəsanə, mediyadan) qorxu
Bəşər tarixində təbliqat çox qədimlərə qayıtsada , onun önəmi 20-inci yüz ildə , özəlliklə ikinci dünya savaşı və soyuq savaş dönəmı zirvəyə çatmışdır. Soyuq savaşda güclü silah kimi qullanılan təbliğat, bazar iqtisadiyyatınında əsas özəlliyinə çevrilmişdir. Iqtisadi şirkətlər təbliğata ayırdıqları pulu həzinə yox sərmayə kimi görməkdədirlər. İnternet, telviziya, radyo, qazetlər, şəhəriçi duvarlar , tablolar və sayir təbliğatla doludur. Ticari mallar nəqədər çox gözə dəyirsə, nəqədər önəmli yerlərdən adları təkrar olursa qazandıqları müştərı çoxalır.
Bir sıralari siyasi məsələlərdə, inanc və etiqadi məsələlərdə təbliqat rolunu ticari mallardakı qədər önəmli bilirlər. Birhalda ki əqidə məsələsində və dəyərsəl qonularda təbliğatın və artəq təkrar olmanin etgisi tükətim(məsrəfi) mallar kimi dəyil. Bir yalnış anlayış sonucu İran içi seçkilərdə , adaylar öz şəkil və adların hər tərəfdən ayğdırmaq istəyirlər. Birhalda ki əqidə məsələsində artıq və kobud təbliğatın bəzən tərs nəticələridə olar. Azərbaycan kanallarının Heydər Eliyevi kobudca təbliq etməsi, İranın Xamneini İslamın yer üzündə numayəndəsi kimi təbliq etməsi çox az sayda insana təsir edebilir.
Milli hərəkətimizdə təbliğat əsas silah olduğuna görə millətçilər həm təbliğata güvənir, həmdə təbliğatın gücündən qorxurlar. Internetde , hansisa telvizyonda bir millətçi və ya qurupa qarşı mənfi fikir gedirsə , söz qonusu şəxs və ya qurup həmin fikri yumaq üçün dəridən qabıqdan çıxır. Sankı bütün Azərbaycan milləti o fikri eşitdi və həmən təsir aldı.
GAMOHda milli hərəkətin bir hissəsi kimi bu qaydadadan istisna dəyil. GAMOHa qarşı bir fikir söylənirsə və ya GAMOHdan bir şəxs istifa verirsə həm GAMOHçular , həmdə başqa millətçilər olayı bohran səviyyəsində alqılayıb , onun sonucların izləyirlər. Bu sadəcə rəsanədən qorxuya, təbliğat gücündən qorxuya qayıdır. Bu qorxu isə realliğa dayanmayan , təsəvvürlərdə yaranan qorxudur. GAMOHda bohranlar dediyimiz sorunların çoxunun mahiyyəti "rəsanədən qorxu" olqusundan qaynaqlanıb. Yoxsa GAMOH "bohran yönətimi baxışıilə" bohran səviyyəli sorularla çox az qarşılaşıb. Bohran alqılaması sadəcə GAMOHçuların enerjisini alıb. əslində GAMOH əsas hədəflərimizi düşünüb, bu yolda irəliləməlidir. Hansısa çəxs və ya qurupun təxribat karakterlı çıxışlarını siradan çamurlar və caydırıcı hay küy səviyyəsində dəyərləndirməlidir. GAMOH əsas ideallarımız uğrunda böyük düşmənlərlə mubarizə aparır. Bu yolda caymamalı , yanılmamalı və kiçik badaqlara(manelərə) başın qatmamalıdır.


